İsmayıllıda ekoloji layihə həyata keçirilir.
10 sentyabr 2016-cı il tarixində İsmayıllı şəhərindəki Heydər Əliyev Parkında Azərbaycan Respublikasının Prezdineti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilati dəstəyi ilə “Yaşıl Teatr” layihəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və layihə rəhbəri Ramtiq Alızadə çıxış edərək iştirakçılara layihə haqqında məlumat vermiş və onlara layihə müddətində uğurlar arzulamışlar. Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında maarifləndirmə işi aparmaq, ekoloji problemlərin həlli yollarını gənclərə çatdırmaq, ekologiyanın qorunmasında onların fəal iştirakını təmin etmək və eyni zamanda ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqdan ibarətir. “Yaşıl Tetar” layihəsi 10-13 sentyabr 2016-cı il tarixlərini əhatə edəcək. Layihənin icrasına 30 nəfər İsmayıllı gənci gəlb edilib.