Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Peşə Tədris Mərkəzi “Bilik günü”nü valideyinlərin iştirakı ilə qeyd edib.

15 sentyabr 2016 | 16:00

İsmayıllı Peşə Tədris Mərkəzində 11 qrupda 220 yeni şagird təhsil alacaq.         60 nəfər də növbəti kursa keçənlərdir. Onlar xalçaçı, aşbaz, dərzi, qaz qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, traktorçu maşinist, əməliyyatçı-mühasib, barmen-bufetçi, yerli bələdçi və sair peşələri öyrənəcəklər.
Bu peşə təhsili müəssisəsi müasirliyi, ehtiyaclı peşələri öyrətməsi, tədrisin yüksək səviyyədə təşkili ilə regionda seçilən, fərqlənən Peşə Tədris Mərkəzlərindəndir. Çox yaxşı haldır ki, valideyinlər də övladları ilə birgə peşələrə maraq göstərirlər. Peşə tədris mərkəzində mövcud şəraitlə tanış olanlar mütləq ali təhsil almağa yox, peşə öyrənməyə yönəlirlər. Buna görədir ki, PTM-də təntənəli şəraitdə keçirilən “Bilik günü”ndə valideyinlər də fəal iştirak edirdilər.
Mərkəzin direktoru Zaur Muradov, baş usta İlham Cərullayev, valideyin Ayna Babayeva “Bilik günü” münasibətilə müəllim, usta, şagird və valideyinləri təbrik ediblər. Çıxışlarda nailiyyətlərdən, uğurlardan, qarşıdakı məsul vəzifələrdən bəhs olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova ilk növbədə tədbir iştirakçılarını təbrik edib, növbəti dərs ilində onlara daha böyük nailiyyətlər arzulayıb. Rayonda yaradılan ziyalı mühitində fəal iştirakçılarına görə mərkəzin rəhbərliyinə və müəllimlərə təşəkkür edib.
Sevil Əhmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıya səfərindən, bu səfərin rayona gətirdiyi böyük inkişafından ətraflı danışıb. Qeyd edib ki, Prezidentin rayon ictimaiyyəti nümayəndələri ilə görüşü zamanı qarşıya qoyduğu mühüm vəzifələrin icrasında Peşə Tədris Mərkəzinin də fəal iştirakı olmalıdır. Həmin göstəriş və tapşırıqlara uyğun peşələr öyrədilməlidir.
Sevil Əhmədova İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin keçirdiyi “Bilik günü”ndə də iştirak edib.

Keçidlər