Şriftin ölçüsü :

Saytın rəngi :

Həmişə uğurları ilə sağlam mühit yaradan İvanovkada “Bilik günü” bayram edilib.

15 sentyabr 2016 | 16:00

Təsərrüfat, mədəniyyət, təhsil uğurları ilə həmişə seçilən, sağlam mühit yaradılmasında fəal iştirakı olan İvanovka kəndi bu gün də həmin yolu inamla davam etdirir. Multikultural dəyərlərə yiyələnmiş, tolerant mühitdə formalaşmış İvanovka kəndində tam orta məktəbin də nailiyyətləri yüksələn xətt üzrə davam edir, fasiləsiz təhsildə uğurları artır.

Müasir təhsilin təşkilində fərqli nəticələr əldə edən Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində qeyd olunan “Bilik günü”ndə bu və digər məsələlərdən bəhs edilib.
Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanovun “Bilik günü”ndə iştirakı və çıxış etməsi pedaqoji kollektiv və valideyinlər tərəfindən rəğbətlə qarşılanıb.
“Bilik günü” münasibətilə şagird və müəllimləri, bu günə sevinən hər bir kəsi rayon icra hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin məsləhətçisi Valentin Kulik, məktəbin direktoru Mixail Uryupin, valideyin Marina Nikitina və başqaları səmimi çıxışları ilə təbrik ediblər.
Valentin Kulik sonradan məktəbin kitabxanasında şagirdlərlə multikulturalizm haqqında müzakirələr aparıb, şagirdlərə mövzuya aid dolğun informasiya verib.

Keçidlər