İsmayıllı Məktəblərinə təyinat alan gənc müəllimlərin toplantısı
Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində İsmayıllı rayonunun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə müəlimlərin Rayon təhsil şöbəsinin akt zalında toplantısı keçirilib.
14 sentyabr 2016-cı il tarixdə işə qəbul olunan gənc müəllimlərlə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında görüş keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov əmək fəaliyyətinə yenicə başlayan müəllimlərin qarşısında duran vəzifələrdən söz açıblar.
Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan natiqlər gənc müəllimləri təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar arzulayıblar.
Gənc müəllimlərdən Nərmin Baxışlı, Səbinə Bağırova göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Bayrağı altında təntənəli şəraitdə and icən gənc müəllimlər bu şərəfli adı həmişə uca tutacaqlarına söz veriblər.