“Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.
16 sentyabr 2016 | 16:00
16 sentyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseydə “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov çıxış edərək “Beynəlxalq Sülh Günü”nün təsis tarixindən, ölkəmizdə “Sülh aylığı” tədbirlərinin müsbət nəticələrindən danışıb. Tədbirdə İsmayıllı “Günərzi Qayğı Mərkəzi”nin psixoloqu Ayişə Yusifli də mövzu ətrafında çıxış edib. Tədbirdə əsasən məktəblilər və fəal müəllim kollektivi iştirak etmişdir. Sonda iştirakçıları maraqlandıran suallar X.Abbasov və A.Yusifli tərəfindən cavablandırılıb.