Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsilimizdə uğurlarımız davam edir

08 may 2013 | 15:00

İREX-Azərbaycan nümayəndəliyi 1 Dekabr 2012-ci ildən etibarən USAİD-in maliyyə dəstəyi ilə Yeni Media Layihəsi çərçivəsində Azərbaycanın 18 regionunda Məktəblərin Təqdimat Layihəsinin icrasına başlayır. Layihənin əsas məqsədi şagirdlərin internet vasitəsi ilə müxtəlif mövzularla bağlı araşdırma və axtarış qabiliyyətlərinin inkişafına dəstək olmasıdır.
Bu layihədə iştirak edən məktəblilər Azərbaycanda 2013-cü ilin seçki ili  olması səbəbi ilə “Nə üçün seçkilər vacibdir?” – mövzusunda tədqiqat  aparıblar. Məktəblilərin yazı işlərinin seçimi İREX Azərbaycan nümayəndəliyinin xüsusi Ekspert Komissiyası tərəfindən qiymətləndirilmişdir. 18 regionun şagirdləri arasında keçirilən bu müsabiqədə rayonumuzun 6 nəfər şagirdi iştirak etmişdir. Səhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Dadaşova Xatirə Ramil qızı II yerə layiq görülmüş və təşkilat tərəfindən flipkamera ilə mükafatlandırılmışdır.

********

Artıq bir neçə ildir ki, İsmayıllı rayon Təhsil müəssisələrində işləyən  xarici dil müəllimləri müxtəlif beynəlxalq layihələrdə iştirak edir və uğurlar qazanırlar. Bu gün AzETA, IEARN, IREX, IEATFL, British Council, Junior Achivement və s. kimi təşkilatlarla əməkdaşlıq bizə yeni-yeni uğurlar gətirir. Hal-hazırda şəhər 1 nömrəli tam orta məktəbində AzETA-nın (Azərbaycan ingilis dili müəllimləri assossiasiyası) İsmayıllı filialının yaradılması ilə bağlı seminar müşavirələr  keçirilir. Bu təşkilata üzv olan gənc müəllimlərin sayı günü gündən artır. AzETA-ya üzv olmaqla müəllimlər beynəlxalq təhsil sisteminə inteqrasiya edərək dilin tədrisində müasir metodlardan istifadə edəcəklər. Filialın açılışının iyun ayında olması nəzərdə tutulmuşdur.

Keçidlər