Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev idarəetmə məktəbi”nin Qalacıqda məşğələsi keçirilib.

22 sentyabr 2016 | 16:00


        İsmayıllının şimal-qərb zonasında yerləşən Sumağallı, İstisu, Çayqovuşan, Qalacıq kəndləri ölkəmizin dövlət müstəqilliyi əldə edib, onu  daha da möhkəmləndirən illərdə, xüsusilə son zamanlarda  əsil yüksəliş dövrünü yaşayır. Sumağallı və İstisu  kəndlərindən  keçən asfalt yol Qalacığa çatdırılıb. Hər üç kənddə çoxsaylı yeni, müasir  evlər tikilib, istirahət məkanları yaradılıb, abadlıq işləri görülüb. Sumağallı və İstisuya qaz çəkilib. Növbə Qalacığındır. Bu yerlərdə kəndarası yollar düzəldilib, Sumağallıda yeni uşaq bağçası  tikilib, enerji təchizatında zona smart-kart sistemi ilə işləyir. “İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyaları  Göyçay çayının buradan keçən ərazisində tikilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər iki stansiyanın açılışını  edib.
Bunlar barədə 22 sentyabr 2016-cı il tarixdə  “Heydər Əliyev idarəetmə məktəbi”nin  qeyd olunan kəndlərin nümayəndələrinin iştirakı ilə Qalacıqda keçirilən məşğələsində ətrfalı danışılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədi və  dönməzdir” mözusunda təşkil olunan məşğələni ətraflı giriş nitqi ilə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb. Dövlət qulluğu veteranı Valeh Salehov mövzuya dair məruzə edib, dövlət müstəqilliyimizə əbədilik xarakteri verən ümummilli lider Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Qalacıq kənd tam orta məktəbinin tarix müəllimi Bədir Bədirov, Sumağallı kənd tam orta məktəbinin fizika müəllimi Arzu Mirzəyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov və başqaları çıxış ediblər.
        “Heydər Əliyev idarəetmə məktəbi”nin icraçı direktoru Fərman Bəşirov, rayon təhsil şöbəsinin  müdiri Rasim Orucov , rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov,  rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov  məşğələnin həmişəki kimi fəal iştirakçısı olublar.
Rayon mədəniyyət və turizm şöbəsinin bədii kollektivi açıq havada hamıya xoş  gələn konsert proqramı ilə çıxış edib.
Qərara alınıb ki, bu xarakterli tədbirlər yerlərdə davamlı olaraq keçirilsin.

 

Keçidlər