Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Yanvar təbrikləri qəbul etməkdədir.

23 sentyabr 2016 | 16:00

Şirvan aşıq məktəbinin ustad davamçılarından olan Aşıq Yanvar Bədəlov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Fikrində, düşüncəsində həmişə dövlətimizə, ölkəmizin başçısına minnətdar olan İsmayıllı sakinlərinin  hər biri bu təltifi özünə verilən dəyər sayır.
    23 sentyabr 2016-cı il tarixdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovanın təşkilatçılığı ilə bir qrup mədəniyyət işçisi , ictimai fəal əməkdar aşığı təbrikə getmişdi.
       Qədim Tircanın yeni həyatını yaşayan Yanvar Bədəlov təbrikə gələn qrupu- Sevil Əhmədovanı, RİH-nin əməkdaşı Gülər Baxışovanı, dövlət qulluğu veteranı Valeh Salehovu, mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasovu , şöbənin əməkdaşları Lətif Quliyevi, Sahibə Abdullayevanı, peşə tədris  mərkəzinin direktoru, tanınmış ziyalı Zaur Muradovu, şagirdi olmuş  xanəndə İsmayıl Abbasovu , Tircan İƏD üzrə nümayəndə  Əhməd Əhmədovla birgə həyətində qarşıladı. Ayaqüstü söhbətdə təbrikləri qəbul edən Aşıq Yanvar Bədəlov mədəniyyət, incəsənət sahəsindəki  xidmətlərinə fəxri adla böyük qiymət verən Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, təqdimata görə rayon İcra  Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova təşəkkür etdi.
        Çay süfrəsi arxasında qonaqların hər biri fəxri ad sahibini bir daha təbrik etdi. Aşıq Yanvar, Sahibə Abdullayeva və İsmayıl Abbasov birgə və ayrı-ayrılıqda mahnılar oxudular, ustadnamələr, təcnislər , İsmayıllıya həsr olunmuş şeirlər dedilər.
         Aşıq Yanvarın ailəsi qonaqlarla birgə təltifdən və ona görə saysız təbrikdən yaranan xoş bir  ovqat yaşadı. İsmayıllıya ismayıllılara arxa duran Prezident İlham Əliyevə minnətdarlıq edildi.

Keçidlər