“Heydər Əliyev idarəetmə məktəbi”nin yeni məşğələsi Qalagah kəndində keçirildi.
İsmayıllı rayonunun ictimai-siyasi, sosial-iqtisadi, ideoloji həyatında çox böyük əhəmiyyət kəsb edən “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri tək Heydər Əliyev Mərkəzində yox, bir müddətdir ki, idarə heyətinin sədri professor Mirdaməd Sadıqovun təklifi ilə yerlərdə təşkil olunur.
24 sentyabr 2016-cı il tarixdə məktəbin “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunu öyrənən məşğələsi Qalagah kəndində keçirilib. Buraya Soltankənd, Mollaisaqlı və Hacıhətəmli inzibati ərazi dairələrindən dinləyicilər dəvət olunub.
Qalagah kənd mədəniyyət mərkəzində keçirilən məşğələni giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki xidmətlərindən danışıb.
Mövzuya dair dövlət qulluğu və təhsil veteranı Valeh Salehov məruzə edib, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dövlət quruculuğundan, dövlət müstəqilliyinin təmin edilməsi və ona əbədilik xarakteri verilməsi yollarından danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsinə, Azərbaycanı regionda aparıcı ölkəyə, beynəlxalq miqyasda söz sahibi etməsinə yönəlik siyasəti məruzədə geniş əksini tapıb.
Hacıhətəmli kənd İƏD üzrə nümayəndə Nazim Ağakişiyev, Uştal kənd tam orta məktəbinin direktoru Qeys Fərmayılov, Mollaisaqlı İƏD üzrə nümayəndə Həşim Həşimov və başqaları mövzu ilə səslənən əhatəli çıxışlar ediblər.
Rayon mədəniyyət və turizm şöbəsinin bədii kollektivinin mövzu ilə səsləşən konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Şeirlər söylənib, sazda el havaları ifa olunub.
İnsanlarla görüşün ən səmərəli yolu olan belə tədbirlər yerlərdə elə Qalagah kəndində də razılığa səbəb olub.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, mərkəzi xəstəxanın baş həkimi Aydın Əsədov, mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov böyük istəklə tədbirdə iştirak ediblər.