Təzəkənd kəndində əhalinin sığortaya cəlb olunması ilə əlaqədar tədbir keçirildi.
28 sentyabr 2016-cı il tarixdə Təzəkənd kəndində əhalinin şəxsi əmlakının sığortalanması istiqamətində maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar və Təzəkənd kənd orta məktəbinin yuxarı sinif şagirdləri iştirak etib.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov çıxış edərək ölkəmizdə həyata keçirilən sığorta siyasətindən, eləcə də rayonumuzda əhalinin sığortaya cəlb olunması ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələrdən danışdı.
Sonra İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov Azərbaycan Respublikasının sığorta siyasəti ilə əlaqədar mövcud qaydalardan, normativ-hüquqi aktlardan, bu sahədə olan yeniliklərdən ətraflı danışdı və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verdi.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.