Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa İttifaqının nümayəndə heyyəti İsmayıllıda

29 sentyabr 2016 | 16:00

Avropa İttifaqı nümayəndə heyyəti peşə təhsili və təlimi ilə əlaqədar  regionlara səfəri çərçivəsində 28  sentyabr 2016-cı il tarixdə İsmayıllıya gəlib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Xidməti şöbəsinin müdüri, British Council nümayəndəsi, Avropa İttifaqının Baki ofisinin rəhbəri, QHT rəhbərləri nümayəndə heyyəti ilə Peşə Tədris Mərkəzində olublar.İlk görüş Peşə Tədris Mərkəzində keçirilib. İsmayıllı Peşə Tədris Mərkəzi yarandığı ilk gündən Avropa İttifaqının, British Konsulluğun və Təhsil Nazirliyinin birgə layihəsi üzrə fəaliyyətə başladığını və hal hazırdada 5 qrupun həmin layihə əsasında tərtib olunmuş proqramlarla tədrisini davam etdirdiyini direktor Zaur Muradov diqqətə çatdırıb.10 müəllimin bu layihə əsasında təhsil aldığını gələn qonaqların diqqətinə çatdırdı. Mərkəzin direktoru Zaur Muradov çıxışında İsmayıllı Peşə Tədris Mərkəzini illər üzrə bitirən şagird kontingenti və məzunlarının işlə təmin olma faizlərini gələn qonaqların diqqətinə yetirib. Qonaqlar İsmayıll Peşə Tədris Mərkəzində təhsil alanlar üçün yardılmış bütün şəraitlə tanış olub.   Nümayəndə heyəti  sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqola görüşüb. Nəticələr müzakirə olunub. Yaradılmış şəraitə və səmimi qəbula görə qonaqlar rayon rəhbərliyinə təşəkkür ediblər.

Keçidlər