Şriftin ölçüsü :

Saytın rəngi :

Soltankənd və Uştal sakinləri qəbula gəldilər

08 may 2013 | 15:00

Bu kəndlərdə yaşayan soydaşlarımız 07 may 2013-cü il tarixdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşmək üçün Soltankənd tam orta məktəbinin iclas zalına toplaşdılar.
Mirdaməd müəllim hər bir kəndin, xüsusilə Soltankənd və Uştalın, bütövlükdə rayonun inkişaf proqramı ilə görüş-qəbula gələnləri tanış etdi, müasir iqtisadi, sosial, aqrar inkişafın optimal yollarını göstərdi. Kəndlərin bütün problemlərinin ona bəlli olduğunu dedi və həlli yollarından ətraflı danışdı.
Ev təmiri və tikintisi ilə müraciət edənlərə bir daha izah edildi ki, Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli sərəncamı ilə qaçqınların daimi məskunlaşması başa çatmışdır. İndi onlar digər vətəndaşlardan fərqli olaraq hər hansı bir imtiyaza malik deyillər. Odur ki, evini təmir etmək, yeni ev tikmək hər bir vətəndaşın öz üzərinə düşən vəzifədir.
Uştal sakini Məhəbbət Qasımovun və başqalarının çıxışlarından bir daha aydın oldu ki, kəndlərdə yaşayan insanlar əməksevərdir, dövlət mövqeyindədir, baş verən proseslərə münasibəti obyektivdir, Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətindən razıdır.

Keçidlər