Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə veteranlarına hüquqi yardım

29 sentyabr 2016 | 16:00

29 sentyabr 2016-cı il tarixdə saat 11 00 – da İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə veteran vəsiqəsi və statusu ala bilməyən keçmiş  döyüşçülərə hüquqi yardım göstərilməsi və maarifləndirilməsi məqsədi ilə geniş tədbir keçirmişdir. Tədbirdə  Azərbaycan Vətən Müharibəsi Veteranlarıİctimai Birliyinin sədr müavini Vahid Abdulrəhmanov, RİH başçısının müavinləri Rövşən Ağayev və Sevil Əhmədova, aidiyyəti idarə rəhbərləri və veteranlar iştirak etmişdir.
Tədbiri RİH başçısının birinci müavini Rövşən Ağayev açaraq Vətən Müharibəsi Veteranlarının cəmiyyətimiz üçün dəyərli olduğunu bildirdi, onlara aid olan imtiyazlar barədə məlumat verdi və dövlətimiz tərəfindən  veteranlara göstərilən qayğı və münasibətdən danışdı.
Sonra Azərbaycan Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdulrəhmanov çıxış edərək təşkilatın gördüyü işlər və məqsədləri barədə ümumi məlumat verdi.Tədbirdə iştirak edən  veteran vəsiqəsi və statusu ala bilməyən veteranların hər birinə müvafiq izahat verildi.

Keçidlər