“Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” kitabının təqdimat mərasimi keçirilmişdir.
Oktyabrın 1-də Rayon uşaq kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərlə Dövlət Dəstəyi Şurasının keçirdiyi 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlərin, təhsil, səhiyyə və mədəniyət işçilərinin 60-a yaxın nümayəndəsi, RİH hüquq şöbəsinin müdiri X.Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini M.Məhərrəmov iştirak etmişdir.
Tədbiri giriş sözü ilə X.Abbasov açmış, “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İB-nin sədri, professor Rüstəm Məmmədov kitabın məziyyətləri haqqında ətraflı məlumat vermişdir.
RİH-nin məsul işçisi M.Məhərrəmov, Qaçkınkomun rayon nümayəndəsi T.Əliyev, RMX baş həkiminin müavini İ.İsmayılov, şəhər 5 saylı tam orta məktəbin müəllimi Ş.Hacıyev çıxış edərək kitabın geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacağını bildirmiş, müəlliflərə minnətdarlıq ifadə etmişlər.
Sonda tədbir iştirakçılarına, şəhər, kənd və məktəb kitabxanalarına yeni nəşr paylanmışdır.