Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovkada bayram konserti

08 may 2013 | 15:00

May ayının 7-də İvanovka kəndinin mədəniyyət sarayında Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və alman faşizmi üzərində Qələbənin 68-ci il dönümünə həsr olunmuş böyük konsert olmuşdur.
Konsertdə vətənə, orduya, qələbəyə məhəbbət ruhlu mahnılar ifa edilmiş, şerlər deyilmiş, rəqslərə baxılmışdır.
Konsertdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov saraya toplaşanları bayramlar münasibətilə təbrik etmiş, konsertin təşkilatçısı və əsas ifaçısı Vyaçeslav Paninə,  “Slavyanoçka” xor qrupuna, rəqs edən uşaqlara və bütün ifaçılara təşəkkürünü bildirmişdir.

Keçidlər