Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon icra hakimiyyəti

09 oktyabr 2016 | 16:00

Politika.az, Kend.info,
gundelik-baku.com və
irevan-press.com
saytlarının rəhbərlərinə

Hörmətli sayt rəhbərləri!

Sizin saytlarda İsmayıllı rayon icra hakimiyyətinin ünvanına mütamadi olaraq qərəzli yazılardan ibarət xəbərlər yayılır. Bu qərəzli yazıların məqsədini bilməsəkdə  hər yazıda qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq yazırsınız. Bu səbəbdən İcra Hakimyyəti olaraq öz rəsmi mövqeyimizi sizə bildiririk.
06.10.2016 cı il tarixdə sizin saytlarda gedən yazılara:
1. kənd.info saytında bir yazıda vətəndaş  deyir ki icra başçısı  onun həyətinə narkotik atılması üçün göstəriş verib. İlk onu deyim ki bu vətəndaşla icra hakimiyyəti arasında heç bir problem yoxdur. Həmin vətəndaş əvvəllər Qubaxəllili bələdiyyəsindən icra hakimiyyətinə şikayət etmişdir və həmin vətəndaşa bələdiyyənin özünüidarəetmə orqanı olduğu üçün icra hakimiyyətin onun işinə qarışmağa səlahiyyəti olmadığı və bələdiyyənin fəaliyyəti ilə bağlı şikayəti varsa məhkəmə qaydasında həll edə bilər. Əgər  vətəndaş Rüstəm Hüseynov bəlkə özü həyətində narkotik yetişdirir və fikirləşir ki, gələcəkdə tutulma ehtimalına qarşı özünü sığortalayırsa bu hüquq-mühafizə orqanlarının işidir.
2. Politika.az, kənd.info və gundelik-baku.com saytlarında velosiped zavodunun fəaliyyəti ilə bağlı yazı ilə əlaqədar bildiririk ki, bu zavod dövlət vəsaiti ilə deyil sahibkarın şəxsi vəsaiti ilə tikilib və zavodun fəaliyyət göstərməməsinin səbəbini  həmin sahibkardan soruşmaq daha düzgün olardı.
Sahibkar zavodun tikintisi üçün milyonlarla vəsait xərcləyibsə yəqin ki, zavod qısa müddətdə fəlayyətə başlayacaq. Hazırda isə zavodun fəaliyyət göstərə bilməsi üçün sənədləşmə işləri aparılır. Lakin hər bir halda zavodla bağlı suallar zavodun rəhbərliyinə ünvanlanmalıdır.
3. Politika.az, kənd.info, irevan-press.com və gundelik-baku.com  saytlarında İsmayıllı rayonunda fəaliyyət göstərən tikinti təşkilatlarının  İcra Hakimiyyəti ilə əlaqəsi haqqında yenə düzgün olmayan informasiyalar yayılıb. Bu  tikinti təşkilatlarının hansı tarixdən fəaliyyət göstərdikləri və  sahiblərinin kim olduqları İsmayıllıda hər kəsə məlumdur və İcra Hakimiyyətinin başçısına heç bir aidiyyəti yoxdur. Həmin yazılarda bu şirkətlərin eyni ünvanda qeydiyyatda olduğu deyilir. Yazını yazan jurnalist yəqin bilmir amma biz deyək  şirkətlər  İcra Hakimiyyətində yox Ədliyyə Nazirliyində, Vergilər Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyat olunur. Həmin şirkətlərə hansısa layihələrin verilməsi isə tender komissiyalarının işdir. Və rayon bunlardan maddi-texniki bazası olan başqa tikinti şirkətləri olmadığı üçün bu şirkətlərində tenderlərdə qalib olması normal bir haldır.
  Hörmətli sayt rəhbərləri İcra Hakimiyyəti olaraq rəsmi mövqeyimizi bildiririk. Bizim rəsmi mövqeyimizi dərc eləməklə siz yazıların qərəzli yox sadəcə sizə verilən informasiyanın  səhv olduğunu göstərmiş olarsınız.

İsmayıllı  rayon İcra Hakimiyyətinin
İnformasiya təminatı və təhlil sektoru

Keçidlər