kənd.info saytının rəhbərliyinə
Hörmətli kənd.info saytının rəhbərliyi!
Sizin saytınızda 11.10.2016-cı il tarixdə yenə də “Cənab prezident, bəlkə siz aydınlıq gətirəsiniz” başlığı ilə həqiqətə uyğun olmayan informasiya dərc olunub. Bu informasiyada qeyd olunan torpaq sahəsi və tikili ilə bağlı Prezident Administrasiyasının rəsmisi Zeynal Nağdəliyevin heç bir əlaqəsi yoxdur. Həmin ərazidə, ərazidə olan tikilidə hansısa bir vətəndaşa aiddir və siz o vətəndaşın kimliyini bilmək istəsəniz Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu verə bilərsiniz.
Hörmətli sayt rəhbərliyi İsmayıllı rayon İcra Hakimiyyəti olaraq sizə bir daha bildiririk ki, o yazıda qeyd olunan heç bir məsələnin İcra hakimiyyətinə aidiyyəti yoxdur.
İsmayıllı rayon İcra Hakimiyyətinin
İnformasiya təminatı və təhlil sektoru