İsmayıllı rayon Icra Hakimiyyətinin iclas zalında növbəti “Nümayəndə günü” iclası keçirilmişdir.
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar Mahmud Süleymanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqust ayında rayonumuza etdiyi səfəri zamanı rayonda fındıqçılığın inkişafı üçün torpaq-iqlim şəraitinin əlverişli olduğunu qeyd etmiş və rayonda yeni fındıq bağlarının salınmasını tövsiyyə etmişdir. M.Süleymanov rayonda yeni fındıq bağlarının salınmasına, onlara aqrotexniki qulluq işlərinin aparılmasına operativ nəzarəti təmin etmək məqsədilə rayon qərərgahının yaradılması haqqında İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 03 oktyabr 2016-cı il tarixli, 111 nömrəli sərəncam ilə İƏD üzrə nümayəndələri və bələdiyyə sədrlərini tanış etmişdir. Rayonumuzda 2 min hektar yeni fındıq bağlarının salınması qarşıda duran mühüm vəzifələrdən olduğunu bildirmişdir.
RİH başçısı aparatının Əİ və YÖİO ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov cıxış edərək ərazilərdə fındıq əkiləcək sahələrin müəyyən edilməsi, fındıq əkilməsinə maraq göstərən istehsalçılara şəraitin yaradılması barədə danışdı.
İsmayıllı rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov cıxış edərək İƏD üzrə nümayəndəliklərin ərazisində torpaq-iqlim şəraitinə uyğun fındıq sortlarının təyin edilməsi və aqrotexniki qaydalarla yeni bağların salınması barədə geniş danışdı.
Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar Rüstəm Səmədov cıxış edərək İsmayıllı rayon İcra hakimiyyəti başçısı yanında Şuranın 30 sentyabr 2016-cı il tarixli iclasının qərarına əsasən rayonda 2016-2017-ci il payış-qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr barədə geniş danışdı. RİH başçısının şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndəliklərinə və bələdiyyə sədrlərinə ərazilərdə payız-qış mövsümünə hazırlığın gedişini ciddi nəzarətdə saxlamaları və bu sahədə nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlər görülməsi və konkret tədbirlər planı təsdiq edib onun icrasına başlanılmasını təmin etmələrini tapşırmışdır.
İclasın sonunda yığıncaq iştirakcılarını maraqlandıran suallara cavab verildi.