Milli Müstəqillik gününə həsr olunmuş inşa yazı müsabiqəsi.
12 oktyabr 2016-cı il tarixdə saat 10 00-da Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi ilə birgə Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə 18 oktyabr–Milli Müstəqillk Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədi və dönməzdir!” mövzusunda rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa –yazı müsabiqəsi keçirdi.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova açaraq məktəbliləri salamladı və müsabiqədə hər birinə uğur arzuladı. O öz çıxışında 18 oktyabr 1991–ci il tarixinin ölkəmizin həyatı üçün vacib və böyük əhəmiyyət kəsb etməsindən qəbul olunan Konstitusiya Aktının tarixi əhəmiyyətindən bəhs etdi.
İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev müsabiqənin qaydalarını iştirakçıların diqqətinə çatdırdı və onlara Milli Müstəqillik Günü ilə bağlı fikirlərini ifadə etmək yollarından danışdı.
Verilən 1 saat müddətində 9 tam orta məktəbdən gələn 18 şagirdin bacarıq və biliyi qələmə alındı.
Müsabiqənin nəticələri yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra bəlli olacaq. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunacaq.