“GÜLSAM” Əlillərin Reabiltasiyası İctimai Birliyi tədbir keçirib
13 oktyabr 2016 | 16:00
“GÜLSAM” Əlillərin Reabiltasiyası İctimai Birliyi, Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "GÜLSAM" Əlillərin Reabiltasiyası layihəsi çərçivəsində 12 sentyabr 2016-cı il tarixdə “Çıraqban”ailəvi istirahət mərkəzində tədbir keçirib. Layihənin əsas məqsədi əlillərin reabiltasiyasına xidmət göstərməkdir.
Tədbirdə RİH-nin məsul şəxsləri iştirak edib və qonqları salamlayaraq onların işlərinə uğurlar arzulayıb. Tədbirin açılışında “GÜLSAM” Ictimai Birliyinin rəhbəri Gülnarə Səlimova həyata keçirilən layihə və onun çərçivəsində reallaşdırılacaq təlimlər barəsində ətraflı məlumat verib.