Şriftin ölçüsü :

Saytın rəngi :

Qubaxəlillidə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun görüş-qəbulu

20 oktyabr 2016 | 16:00

Vaxtilə taxılçılıq və heyvandarlıq  məhsulları istehsalının həcmi və artım tempi, şəhər tipli yaşayış məntəqəsi olması  ilə rayonda mühit yaradan, Respublikada tanınan  Qubaxəlilli kəndinin  keçmiş şöhrətini qaytarmaq  üçün RİH-nin başçısı yerli icra və özünüidarəetmə  strukturları, sahibkarlarla birgə yeni layihələr  hazırlayır. Nəzərdə tutulur  ki, aqropark yaradılsın, müasir heyvandarlıq  kompleksi  tikilsin, çeşidli ərzaq məhsulları  istehsal edəcək dəyirman  kombinatı  açılsın. Üçüncü ferma ərazisində olan torpaqların  məhsulldarlığını artırmaq və əkinə yararlı hala salmaq üçün meliorativ işlər görülsün. Bütün bunlar və kəndin abadlaşdırılması, infrastruktur  layihələrinin həyata keçirilməsi  ilə əlaqədar 165 nəfərin iştirak etdiyi görüş-qəbulda RİH-nin başçısı Mirdaməd  Sadıqov  ətraflı danışıb, ilkin layihələr barədə məlumat verib.
      Başçının çıxışından sonra sözü, təklifi, arzusu, şikayəti olan hər kəs dinlənilib.
      Pensiyaçı müəlllim Həsən Hüseynov məktəbin  yüksək səviyyədə təmirinə, Qubaxəlilli tam orta məktəbinin müəllimi Əlisəfa Muradov rayon rəhbərliyinin həmişə insanlara diqqət və qayğı göstərdiyinə, Mirzə Bəşirov və Aslan Zərbalıyev mürciətlərinə  həssaslıq və ədalətlə  yanaşıldığına görə rayon icra hakimiyyətinin başçısına razılıqlarını bildiriblər.
      Sonra kənd  içərsində qəzalı dirəklərin dəyişdirilməsi, uşaq bağçasının  açılması, “Kompleks” adlanan ərazidə tikilmiş evlərə də qaz çəkilməsi, su pulu verməyənlərin su təchizatına  fərdi qaydada məhdudiyyət qoyulması təklif olunub.
Tamara Zülfüqarova işıq pulunu verə bilməməsindən  şikayətlənib, Şakir Zalov Küllülü kəndində ümumi orta məktəb açılmasını, Zaur Mürsəliyev  həyat yoldaşının  qonşu kənd məktəbindən  Qubaxəlilli məktəbinə  dəyişdirilməsini xahiş edib.
          Qaldırılan hər bir məsələ, edilən hər bir xahiş və verilən hər bir  təkliflə əlaqədar RİH-nin başçısı Mirdaməd Sadıqov  aid strukturların  rəhbərlərinə tapşırıq verib.Bir sıra məsələlər yerində həll edilib.
           Görüşün təşkilatçıları da, icraçıları da bir daha yəqin ediblər ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi cənab Prezidentin xalqın xidmətçisi olmaq tapşırığını məsuliyyətlə yerinə yetirir.

Keçidlər