Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ regional “ASAN xidmət” mərkəzinin rayon ictimaiyyəti ilə görüşü

22 oktyabr 2016 | 16:00

Oktyabrın 21-də Qəbələ regional “ASAN xidmət” Mərkəzinin İsmayıllı rayonunun gəncləri, xidmət idarələri rəhbərləri, ictimaiyyət nümayəndələri ilə maarifləndirici görüşü keçirilib.
  Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açaraq 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Respublikamızda “ASAN xidmət” Mərkəzlərinin fəaliyyətə başlaması, dörd il müddətində bu xidmət növünün inkişaf istiqamətləri barədə məlumat verib.
      Qəbələ “ASAN xidmət” Mərkəzinin direktoru Əbdül Əliyev çıxış edərək hazırda Respublikada 11 belə Mərkəzin fəaliyyət göstərdiyini, rəhbəri olduğu qruma 10 dövlət orqanının cəlb edildiyini, indiyə kimi respublika üzrə “ASAN xidmət” Mərkəzlərinə 12 milyondan çox vətəndaşın müraciət etdiyini, regional Mərkəzin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı və digər rayonları əhatə etdiyini diqqətə çatdırıb.
       Sonra “ASAN xidmətin” fəaliyyət sahələri barədə Mərkəz əməkdaşlarının təqdimatları olub.
Rayon Gənclər Mərkəzinin iclas zalında reallaşan və 350 nəfərdən çox iştirakçını əhatə edən bir qrup vətəndaşın sualları sonda cavablandırılıb.

Keçidlər