Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

25 oktyabr 2016 | 16:00

25 oktyabr 2016-cı il tarixdə İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbdə İsmayıllı rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəb kollektivi və şagirdlər iştirak etmişdir. Tədbiri məktəbin direktoru Ramil Dadaşov açıq elan edərək qonaqları salamladı. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov uşaq hüquq və vəzifələrindən, “Uşaq hüquqları aylığı”nın mahiyyətindən danışdı. Rayon Polis Şöbəsinin rəis müavini Rauf İsmayılov zərərli vərdişlər, narkomaniya və onun fəsadları barədə geniş məlumat verdi. Rayon Polis Şöbəsinin əməkdaşı, azyaşlılarla iş üzrə inspektor Əbülfət Yarıyev erkən nikah və onun mənfi nəticələri barədə məruzə ilə çıxış etdi. Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedaqoqu Gülnar Mikayılova erkən nikah və məişət zorakılığının ailə-uşaq münasibətlərinə göstərdiyi təsir haqqında əsaslandırılmış izahlarla şərh verdi. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. 

Keçidlər