Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Zərnavada RİH-nin başçısı Mirdaməd Sadıqovun görüş-qəbulu

27 oktyabr 2016 | 16:00

Kolxoz quruculuğunun ilk illərində ucqar dağlıq ərazidə yerləşən Zərnava  kəndinə əkin sahəsi arandakı Xəlilli zonasından  verilib. Sakinlər gündəlik get-gəldən qurtarmaq üçün  tədricən aranda daimi  məskunlaşıblar. İndi burada 61 təsərrüfatda 283 nəfər sakin yaşayır. Aşağı Zərnəva adlanan kənd Zərnəva inzibati ərazi dairəsinin tərkibinə daxildir.
Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun 27 oktyabr         2016-cı il tarixdə Aşağı Zərnəvada keçirdiyi görüş qəbulda torpaqdan səmərəli istifadə yollarından, zonada taxılçılıq üzrə yaradılacaq  aqroparkın  əhəmiyyətindən  məktəbin, fərdi təsərrüfatların  qış mövsümünə ciddi hazırlaşmasının vacibliyindən, kənddə təhsil şəraitinin və su təchizatının yaxşılaşdırılması  tədbirlərindən danışılıb.
Sakinlərdən V.Baxışov pay torpağının  Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi əraziyə  düşsə də, indiyədək kompensasiya ala bilməməsindən şikayətlənib. S.Camıyev qaz verilişinin bərpasına və magistraldan kəndə ayrılan yolun təmirinə köməklik göstərməyi xahiş edib. S. Baxışova Meşələrin mühafizəsi və bərpası müəssisəsinin direktorundan xahiş edib ki, odun gətirilməsinə şərait yaratsın.
Qaldırılan məsələlərin qanuni həlli barədə RİH-nin başçısı Mirdaməd Sadıqov aid strukturlara tapşırıq və icra üçün  konkret vaxt verib.

Keçidlər