“Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə zona yarışı
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona yarışları 28 oktyabr 2016-cı il tarixdə saat 10:30-da İsmayıllı şəhər 3 saylı məktəb-liseyin idman bazasında keçirilib.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq gəncərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirilən çoxsaylı tədbirləri qonaqların diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov da öz növbəsində tədbir iştirakçılarını salamladı, onlara uğurlar arzuladı. Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhundan danışarkən aprel hadisələri zamanı rəşadətlə döyüşən oğullarımızın şücaətindən bəhs edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov rayonda keçirilən hərbi vətənpərvərlik tədbirlərinə xüsusi diqqət göstərildiyini qonaqların diqqətinə çatdırdı.
12 rayonunun –Balakən, Qax, Qəbələ, Şəki, Oğuz, Ağdaş, İsmayıllı, Ağsu, Şamaxı, Zaqatala, Ağdaş və Göyçay komandaları arasında gedən gərgin mübarizədə İsmayıllı komandası I yerə, Qax komandası II yerə və Qəbələ komandası III yerə layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib.
Hər üç yerin qalibi 07-10 noyabr 2016-cı il tarixlərdə Xaçmaz şəhərində Respublika çempionatının final yarışlarına vəsiqə qazanıb.