Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda sahibkarlığın inkişafına yeni təkan

28 oktyabr 2016 | 16:00

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planına və Bakı Biznes Tədris Mərkəzinin 2016-cı ilin II yarımilliyi üzrə iş planına uyğun olaraq 28 oktyabr 2016-cı il tarixində saat 1100-da İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularda İsmayıllı Uşaq-gənclər kitabxanasının iclas zalında maarifləndirici tədbir keçirildi.
Treyninqdə rayonda fəaliyyət göstərən sahibkarlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan, eləcə də bu işə yeni başlayan şəxslərdən ibarət            52 nəfər iştirak etdi.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Şahin Hüseynov açdı. Tədbir işgüzar şəraitdə keçirilməklə iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirildi. Tədbirdə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Azər Qasımov, Bakı Biznes Tədris Mərkəzinin işçisi Akif Abbasov,  Rayon İcra Hakimiyyəti başçısı aparatının məsləhətçisi Səməd Kamilli iştirak etdi.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində sahibkarlarla aparılan treyninq onlara bu sahədə yeni bilgilərin verilməsi ilə bağlı mühüm əhəmiyyət daşıdı.

Keçidlər