Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri Təzəkənd kəndində keçirilib.

30 oktyabr 2016 | 16:00

29 oktyabr 2016-cı il tarixdə Təzəkənd kənd tam orta məktəbində İsmayıllı rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəb kollektivi və şagirdlər iştirak etmişdir. Tədbiri məktəbin direktoru Elxan Bədəlov açıq elan edərək qonaqları salamladı. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov uşaq hüquq və vəzifələrindən, “Uşaq hüquqları aylığı”nın mahiyyətindən danışdı. Rayon Polis Şöbəsinin əməkdaşı, azyaşlılarla iş üzrə inspektor Əbülfət Yarıyev erkən nikah və onun fəsadları barədə məruzə ilə çıxış etdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi  Elnur Mehdiyev dünyəvi dövlət, multikulturalizm mövzusunda çıxış etdi. Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedaqoqu Gülnar Mikayılova zərərli vərdişlər, narkomaniya və onun mənfi nəticələri barədə geniş məlumat verdi. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər