Şriftin ölçüsü :

Saytın rəngi :

9 May-qaliblər təbrik edilir

10 may 2013 | 15:00

Alman faşizmi üzərində tarixi qələbənin 68-ci ildönümünü bütün tərəqqipərvər bəşəriyyət qeyd edir. Bu qələbədə xüsusi xidmətləri olan Azərbaycan və onun mübariz oğulları ilə xalqımız fəxr edir.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov nəsillərə nümunə olan İkinci Dünya müharibəsi iştirakçılarını təbrik etmək üçün həkimlərdən, müəllimlərdən, dövlət  qulluqçularından  ibarət 12 qrup təşkil etmiş və yerlərə göndərmişdir.
Ümummilli liderin 90 illik yubileyi ərəfəsində göndərilən təbriki müharibə veteranları  Dövlətimizin, cənab Prezident İlham Əliyevin diqqəti və qayğısı kimi qəbul etmişlər.
Məktəblilər müəllimləri ilə birgə hər bir veteranın evində olmuş, ehtiyac olan işlərdə onlara yardım etmiş, keçmiş döyüşçülərin xatirələrini dinləmişlər.

Keçidlər