Şriftin ölçüsü :

Saytın rəngi :

“Yerli Kənd Gənclərinin İnkişafı proqramı” layihəsində “Sahibkarlıq və Biznes” mövzusunda tədbir

05 noyabr 2016 | 16:00

 “Yerli Kənd Gənclərinin İnkişafı proqramı” layihəsində “Sahibkarlıq və Biznes” mövzusunda tədbir 05 noyabr 2016-cı il tarixdə İsmayıllı rayonunun Qalacıq kənd tam orta məktəbində keçirilib.
Tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov açaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlərin görülməsindən bəhs edilib.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov çıxış edərək, bu tipli layihələrin Gənclər və İdman Nazirliyi tərəfindən rayonumuzda təşkil olunduğu üçün minnətdarlığını bildirib, tədbirin keçirilməsinin gənclərimizə müsbət təsirini qeyd edib.
Daha sonra Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əməkdaşı Pərvin Qasımov çıxış edərək layihənin gənclərin bilik, bacarıq və ictimai fəallığının artırılması sahəsində böyük rol oynaması barədə fikirlərini və təkliflərini bildirib,”Sahibkarlıq və biznes” mövzusunu şərh edib.

Keçidlər