Şriftin ölçüsü :

Saytın rəngi :

"Zərərli dini təriqətlər və onların fəsadları" mövzusunda dini maarifləndirici tədbir keçirilib.

07 noyabr 2016 | 16:00

Noyabrın 7-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin, İsmayıllı Rayon Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin birgə təşkilatçılığı ilə "Zərərli dini təriqətlər və onların fəsadları" mövzusunda dini maarifləndirici tədbir keçirilib.
         Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, İsmayıllı rayon prokuroru Ülvi Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini İsrayıl İsmayılov və rayon səhiyyə işçilərinin nümayəndələri iştirak edib.
         Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür maarifləndirmə  tədbirlərinin keçirilməsinin vacibliyindən danışıb.
         İsmayıllı rayon prokuroru Ülvi Abbasov çıxışında dini radikalizmin fəsadlarından nümunələr göstərərək bu sahədə maarifləndirmənin əhəmiyyətini xüsusi vurğulayıb.
         Daha sonra mövzu ətrafında  Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxış edərək radikal dini cərəyanların yaranması, təbliğat metodları, habelə  onunla effektiv mübarizə yollarından geniş söhbət açıblar. Bildirilib ki, ölkəmizdə dini müstəvidə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə gənclərin radikal dini təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşür.
        Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Keçidlər