Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovkada 9 may Qələbə günü

10 may 2013 | 15:00

09 may 2013-cü il tarixdə İvanovka kəndində alman faşizmi üzərində qələbənin 68-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların siyahısı oxunmuş, yaylım atəşi ilə xatirələri anılmışdır. Daha sonra həlak olanların xatirəsinə ucaldılmış abidəyə gül dəstələri qoyulmuşdur.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini H.Həsənov, RİH-nin məsul işçisi S.Kamilli və 500 nəfərdən artıq kənd sakini iştirak etmişdir. Sonra RİH-nin, İƏD üzrə nümayəndəliyin, bələdiyyənin, kolxozun nümayəndələrinin, eləcə də məktəblilərin iştirakı ilə müharibə veteranları ilə onların evində görüşlər təşkil olunmuş, Rayon İcra Hakimiyyəti başçısının təbrik məktubları təqdim olunmuşdur.

Keçidlər