Sahibkarlığa Kömək Milli Fondunun növbəti tədbiri Qalınçaq kəndində keçirilmişdir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vaxtaşırı olaraq rayonumuzda sahibkarlar, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşlər keçirir, onlara kredit alınması ilə əlaqədar lazımi istiqamət verir. Növbəti belə tədbirin 10 noyabr 2016-cı ildə rayonun Qalınçaq kənd orta məktəbinin binasında keçirilmişdir.
Tədbiri giriş sözü ilə RİH başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov açdı. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və rayonumuzda həyata keçirdiyi tədbirlər barədə ətraflı danışdı. Sonra fondun sədri Şirzad Abdullayev çıxış etdi və tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırdı.
Tədbirdə İsmayıllı rayonunun və bir neçə qonşu rayonların nümayəndələrindən ibarət 110 nəfər iştirak etdi.