Qol qüləşi yarışı Konstitusiya gününə həsr olunub.
İsmayıllı rayon Gənclər və İdman İdarəsi Qol Güləşi Federasiyasının İsmayıllı nümayəndəliyi ilə birgə 11 noyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 5 saylı tam orta məktəbin idman bazasında “12 noyabr –Konstitusiya Günü” nə həsr olunmuş Qol güləşi üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirdi.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək Konstitusiya Günü haqqında gənclərə ətraflı məlumat verdi. Eyni zamanda gəncliyin və idmanın inkişafına dövlət dəstəyindən danışdı.
Qol Güləşi Federasiyasının İsmayıllı rayonu üzrə nümayəndəsi Vüsal Qəzənfərov öz növbəsində iştirakçılara uğurlar dilədi və qol güləşi yarışının perspektivlərini vurğuladı.
İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov gənclərə uğur arzuladı, rəhbərlik etdiyi məktəbin son illərdə qazandığı nailiyyətləri diqqətə çatdırdı. Konstitusiya günün tarixi barədə məlumat verdi.
Gərgin keçən yarışın müxtəlif çəki dərəcələrində olan qalibləri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olundu.