Şriftin ölçüsü :

Saytın rəngi :

Peşə Tədris Mərkəzində "Hüquqi dövlət, sağlam cəmiyyət" mövzusunda dəyirmi masa keçirilib.

11 noyabr 2016 | 16:00

11.11.2016 – cı il tarixində İsmayıllı Peşə Tədris Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində marifləndirmə tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, Rayon Polis Şöbəsinin əməkdaşı, azyaşlılarla iş üzrə inspektor Əbülfət Yarıyev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedaqoqu Gülnar Mikayılova iştirak edirdi. Tədbiri Mərkəzin direktoru Zaur Muradov açıq elan edərək gələn qonaqları salamladı. Mərkəzin tələbələrinə toplantının məqsədi barədə danışıb, mövzuları elan etdi. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov uşaqların hüquq və vəzifələrindən danışdı. Rayon Polis Şöbəsinin azyaşlılarla iş üzrə inspektoru Əbülfət Yarıyev erkən nikahın mənfi nəticələri barədə çıxış etdi. Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedaqoqu Gülnar Mikayılova məişət zorakılığının ailə-uşaq münasibətlərinə göstərdiyi təsir haqqında izahlarla şərh verdi. Sonda tədbir iştirakçıları ilə geniş diskussiyalar keçirildi, tələbələri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər