Şriftin ölçüsü :

Saytın rəngi :

“17 noyabr-Milli Dirçəliş Günü” nə həsr olunmuş tədbir keçirilib

15 noyabr 2016 | 16:00

15 noyabr 2016-cı il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi Peşə Tədris Mərkəzi ilə birgə “17 noyabr-Milli Dirçəliş Günü” nə həsr olunmuş tədbir  keçirib. 
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq Milli Dirçəliş Günü haqqında geniş məlumat verib.
Peşə Tədris Mərkəzinin psixoloqu Yusif müəllim, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri Şəhla Qafarova “17 noyabr-Milli Dirçəliş Günü”, “9 noyabr –Bayraq Günü” və “12 noyabr –Konstitusiya Günü” ilə əlaqədar çıxış ediblər.
Mövzu ətrafında müzakirələr aparılıb.

Keçidlər