Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı məktəbliləri də “Ölkəmizi tanıyaq” tur- aksiyasına qoşulublar.

17 noyabr 2016 | 16:00

İsmayıllı rayon məktəblərinin 40 nəfər IX-X-XI sinif şagirdinin, onlarla birgə 5 nəfər bələdçi müəllimin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində  Respublikamızın Şimal bölgəsinə səfəri nəzərdə tutulmuşdu.
      17 noyabr 2016-cı il tarixdə səfərə hazırlaşan tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Rayon İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində  təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə tur-aksiya  iştirakçıları ilə görüş keçirib.
       Rayon İra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov  görüşü açaraq qeyd edib ki, “Ölkəmizi  tanıyaq” layihəsi  Prezident İlham Əliyevin  yetişən nəslə, gənclərə, təhsil sisteminə böyük hədiyyəsi və bəxşişidir. Ölkəmizi dünya miqyasında tanıdan  cənab Prezident  şagirdlərin də öz ölkəsini tanımaları üçün çox gözəl şərait yaradıb. Maarifləndirici tur aksiyada iştirak edən  şagirdlərimiz bu imkandan, bu şəraitdən maksimum faydalanmalı, səfərdə olacaqları rayonlardan ən zəngintəəssüratlarla qayıtmalıdırlar.
      Şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Kainat Muradlı deyib ki, ölkəmizi ürəkdən sevmək üçün onu daha yaxşı tanımalı, tarixini, coğrafyasını,dünənini, bu gününü, sosial-iqtisadi inkişaf səviyyəsini daha yaxşı öyrənməliyik. Prezidentimizə minnətdarıq ki, “Ölkəmizi tanıyaq” layihəsi  ilə bizə öyrənmək yolunu göstərir.
      Diyallı kənd tam orta məktəbinin X sinif şagirdi  Rüstəm Pənahov çıxışında deyib: “Mən Quba, Xaçmaz və Qusar rayonlarında olmamışam. Bilirəm ki, təbiətimiz bir-birinə oxşardı. Ancaq bu zonada fərqli abidələr, tarixi yerlər, adət-ənənələr vardır. Ona görə o yerlərə səfərimiz uğurlu və səmərəli olacaq. Yeni dostlar tapacaq, qrup üzvlərimizlə də dostluq əlaqələrimiz tur-aksiya zamanı möhkəmlənəcək.
       İvanovka kənd tam orta məktəbinin direktou Mixail Uryupin ölkə rəhbərinə bu diqqət və qayğıya görə minnətdarlığını bildirib, təklif edib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları bir ay müddətində təssüratlarını ümumiləşdirsinlər, yekunda elə bu tərkibdə təqdimat keçirsinlər.
       Valideyin Altay Pənahov oğlunun bu layihədə iştirakından qürur duyduğunu bildirdi. Ölkə rəhbərinə  minnətdarlıq etdiki, gənc nəslə belə tükənməz qayğı göstərir.Valideyin Famil Əhmədov ölkənin qədim, yeni və ən yeni tarixinin öyrənilməsində tur-aksiyanın müstəsna əhəmiyyətindən danışıb.
        Rayon prokuroru Ülvi Abbasov, rayon polis şöbəsinin rəisi Telman Ağasıyev,rayon veteranlar şurasının sədri  Əlaləm Babayev, YAP rayon  təşkilatının sədri Əzizə Vahabova, Hərbi xidmətə çağırış və səfərbərlik xidməti şöbəsinin rəisi Xamis Bədəlov, məktəb direktorları Şəmsiyyə Əhmədova , Hikmət Haqverdili və başqaları  çıxış edərək şagirdlərə yaxşı yol arzuladılar.
         Rayon təhsil şöbəsinin müdiri, Əməkdar müəllim  Rasim Orucov İsmayıllı təhsil sisteminin uğurlarından danışmaqla  yanaşı qeyd edib ki,”Ölkəmizi tanıyaq” layihəsi şagirdlərin  vətənpərvərlik tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətli rol oynayır.Bütün valideynlər bu kimi tədbirlərdən çox razılıq edirlər.
Görüşdən sonra şagirdlər onlar üçün ayrılmış avtobusa əyləşərək Quba, Xaçmaz və Qusar istiqamətinə yola düşüblər.

Keçidlər