Şriftin ölçüsü :

Saytın rəngi :

“Sosial-iqtisadi və ekoloji inkişaf” ictimai birliyinin tədbiri.

18 noyabr 2016 | 16:00

“Sosial-iqtisadi və ekoloji inkişaf” ictimai birliyi İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə Heydər Əliyev Mərkəzində “Birlik və inkişaf modeli olan Azərbaycançılıq” layihəsinin icrası ilə əlaqədar maarifləndirici tədbir keçirib.
         Tədbiri giriş nitqi ilə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb.
        İctimai birliyin sədri  Rahilə Mehdiyeva “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda məruzə edib. Təlimçi İlqar Nəsirovun da mövzuya aid çıxışı dinlənilib.
       YAP rayon təşkilatının sədri Əzizə Vahabova, dövlət qulluğu veteranı Valeh Salehov, rayon veteranlar şurasının sədri, istefada olan polkovnik Əlaləm Babayev və 6 saylı tam orta məktəbin müəllimi Hacıməmməd Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideolojiyasına müxtəlif aspektdən yanaşıblar. Dəyirmi  masa arxasında canlı söhbət formasında keçən tədbirdə iştirakçılar maraqlı, məzmunlu diskusiya aparıblar.

Keçidlər