Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.
22 noyabr 2016 | 16:00
22 noyabr 2016-cıil tarixdə Ədliyyə işçilərinin peşə bayramı münasibətilə icra hakimiyyətində rayonda fəaliyyət göstərən ədliyyə işçiləri ilə görüş keçirilib.Tədbir Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. RİH-nin konfrans zalında bayram tədbiri davam edib. RİH-nin başçısı Mirdaməd Sadıqov peşə bayramı münasibətilə iştirakçıları səmimiyyətlə təbrik edib, onlara çətin və məsuliyyətli işlərində müvəfəqiyyətlər arzulayıb. İsmayıllı rayon məhkəməsinin hakimi Azad Əliyev ədliyə işçilərinə göstərilən qayğı və diqqətə görə ölkə Prezidentinə minnətdarlığını, rayon rəhbərliyinə təşəkkürünü bildirib.