Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaşlıq və məktəblərin təcrübə paylaşımı

22 noyabr 2016 | 16:00

Beynəlxalq Etwinning layihəsi çərçivəsində  İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbi bir qrup  şagird və müəllimləri  ilə birlikdə “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” layihəsinə qoşulmuşdur.
Layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin Uşak şəhər mərkəz Hasibə və Mazhar Gürbüz İlkokulu arasında imzalanmış “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” Qardaşlaşmış məktəblər protokoluna əsasən noyabr ayının 21-dən 26-dək Türkiyə Cumhuriyyətindən 5 nəfərlik müəllimlərdən ibarət heyət rayonumuza səfər edib.   Proqram çərçivəsində qonaqlar İ.Həsənov adına şəhər 1 saylı tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və müxtəlif tədbirlərdə iştirak ediblər. İsmayıllı  Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov qonaqları  RİH-də qəbul edib.  Səmimi keçən qəbulda  fikir və təcrübə mübadiləsi aparılıb.
Qonaqların  Lahıc qəsəbə və İvanovka kənd tam orta məktəblərinə səfərləri də nəzərdə tutulub.

 

Keçidlər