Türkiyədən gələn qonaqlar mərkəzi kitabxanada olublar
Türkiyə Cümhuriyyətinin Uşak şəhər mərkəz Hasibə və Mazhar Gürbüz İlkokulu arasında imzalanmış “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” Qardaşlaşmış məktəblər protokoluna əsasən noyabr ayının 21-dən 26-dək Türkiyə Cumhuriyyətindən 5 nəfərlik müəllimdən ibarət heyət rayonumuza səfər edib. Proqram çərçivəsində qonaqlar İ.Həsənov adına şəhər 1 saylı tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və həmçinin İsmayilli rayon Mərkəzləşmiş kitabxana sistemində olublar. Qonaqlar kitabxanada olan Türk yazarların kitabları ilə və digər sərgilərlə maraqlanıblar. Görüşdə kitabxananın xidmət işçisi Türanə Əzizova açaraq gələn qonaqları salamlayıb və onların gəlişindən məmunluq duyduğunu bildirib. Sonra kitabxana sisteminin direktoru Ələddin Ələkbərov kitabxanada olan tədbirlərdən, gələcəkdə görüləcək işlərdən danışıb.