Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti

23 noyabr 2016 | 16:00

Son vaxtlar müxalifət və reket yönümlü bir sıra saytlar  Rayon İcra Hakimiyyəti və onun rəhbərliyinə qarşı böhtan və yalan xarakterli məlumatlar yayır, guya məlumatların RİH-nin əməkdaşları tərəfindən ötürüldüyünü iddia edirlər.
Məlum edirik ki, bütün bunlar böhtan  və yalana əsaslanmaqla icra aparatı  işçilərinə qarşı inamsızlıq yaratmaq məqsədi daşıyır, işçilər arasında təfriqə salmağa  xidmət edir.
Rayon İcra Hakimiyyətinin aparat işçiləri təcrübəli, dövlət və dövlətçiliyə tam sədaqətli olmaqla öz funksiyalarını dərindən başa düşən kadrlardan ibarətdir. Yaxşı olar ki, həmin saytlar uydurulmuş və əsassız məlumatlarının  mənbəyini başqa yerdə axtarsınlar, yalana və böhtana köklənməsinlər.  Xarakterlərində olan xüsusiyyətləri başqalarının, xüsusilə RİH-nin aparat işçilərinin ünvanına yazmasınlar. Yazsalar da heç nəyə nail ola bilməyəcəklər. Çünki ortada inam, etibar,peşəkarlıq  və həqiqət var.

Keçidlər