“Kitab mütaliə etmək uğurlu gələcəyimizin təminatçısıdır”
İsmayıllı rayon Mərkəzləşmiş kitabxana sistemi bir sıra layihələr həyata keçirir. Bu günlərdə “Kitab mütaliə etmək uğurlu gələcəyimizin təminatçısıdır” adlı layihəsi öz fəaliyyətinə başlamışdır. Layihənin əsas məqsədi oxucuların mütaliə maraqlarının öyrənilməsi və kitabxanaların onların həyatında nə kimi rol oynadığını müəyyənləşdirməkdən ibarətdir. İlk sorğu İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində və şəhər 3 saylı tam orta məktəbində keçrilmişdir. Mərkəzləşmiş kitabxana sistemi əməkdaşları tələbə və şagirdlərlə görüşərək onlarla söhbətlər etmiş və anket-sorğular paylamışlar. Sorğu zamanı oxucular onlara lazım olan elm sahələri üzrə ədəbiyyatların çox olmasını, rayonumuzda müasir tələblərə cavab verən kitabxananın olması təkliflərini irəli sürmüşlər. Kitabxananın, kitabın təbliği məqsədilə bu görüşlərin digər məktəblərdə, idarə və təkilatlarda da keçirilməsi nəzərdə tutulur.