Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və Təbii Sərvətlər naziri İsmayıllıda vətəndaşları qəbul edib

25 noyabr 2016 | 16:00

Ekologiya və Təbii Sərvətlər  naziri Hüseyn Bağırov noyabr ayının 25-də Heydər Əliyev Mərkəzində İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları    qəbul edib.
Qəbul zamanı 30-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər  əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı olub.
Nazir qəbula yazılanların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək problemlərin həlli, hər bir müraciətin operativ şəkildə araşdırılması, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Keçidlər