Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir maarifləndirici tədbir

28 noyabr 2016 | 16:00

“Tərəqqi” Sosial – İqtisadi Araşdırmalar  ictimai birliyi İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə Heydər Əliyev Mərkəzində Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət proqramı ilə bağlı  26.11.2016  cı il tarixdə maarifləndirici tədbir keçirib.
         Tədbiri giriş nitqi ilə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb.
        İctimai birliyin sədri  İndira Şəmsivari layihə barədə iştirakçılara məlumat verib.   Təlimçi Ədil Ədizadənin  mövzuya aid çıxışı dinlənilib.
Dövlət qulluğu veteranı Valeh Salehov, Uşaq və  Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə  Əliyeva və Rayon Mərkəzi Xəstəxanası  baş həkiminin müavini Abdullətif  Maqsudov  Milli Fəaliyyət proqramının əhəmiyyətindən və  əhalinin  maarifləndirməsi yollarından  danışıblar. Dəyirmi  masa arxasında canlı söhbət formasında keçən tədbirdə iştirakçılar maraqlı, məzmunlu diskusiya aparıblar.

Keçidlər