Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlarla görüş keçirildi.

29 noyabr 2016 | 16:00

29 noyabr 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində RİH başçsı  Mirdaməd Sadıqov və Azərbaycan Respublikası Vergilər Nazirinin müavini Sahir Məmmədxanov rayon sahibkarlarının bir qrupu ilə görüşüb.
Görüşü giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sahibkarlara göstərdiyi diqqət və qayğıdan danışdı, rayonda sahibkarlığın hazırki vəziyyəti, gələcək perspektivləri, eləcə də 2017-ci ildə açılışı nəzərdə tutulan obyektlərdə işlərin vəziyyətini bir daha təhlil etdi,
Sonra Azərbaycan Respublikası Vergilər Nazirinin müavini   Sahir Məmmədxanov həyata keçirilən layihələr barəsində iş adamları və sahibkarlara müvafiq istiqamət verdi.
Tədbir işgüzar şəraitdə keçdi, sahibkarları maraqlandıran çoxsaylı suallar cavablandırıldı. Tədbirdə 35 nəfər sahibkar iştirak edirdi.

 

Keçidlər