Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Beynəlxalq Əlillər günü sabaha böyük inam və sonsuz ümidlə qeyd olunub.

02 dekabr 2016 | 16:00

3 dekabr Beynəlxalq Əlillər günü “Qala şadlıq” sarayında qeyd olunub. Tədbirdə Qarabağ müharibəsi əlilləri, ümumi səbəblərdən əlillər, İkinci dünya müharibəsi əlilləri, uşaqlıqdan əlillər, onlara xidmət göstərən təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak edirdi. Məclis sabaha böyük inam və sonsuz  ümidlər  üzərində qurulmuşdu. Fiziki imkanları məhdud olan iştirakçılar məclisin ruhuna uyğun olaraq əlil olduqlarını unudaraq rəqslərə qoşulur, optimist ruhlu çıxışlar edirdilər.
     Tədbir iştirakçıları əvvəlcə şadlıq sarayının foyesində əlillərin əl işləri, toxunma məhsulları və rəsmlərindən ibarət satış-sərgiyə  baxdılar. Mərhəmətli insanlar xeyli sayda sərgi eksponatlarını aldılar.
      Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, bütün kateqoriyadan olan əlillər, xüsusilə  yarı canını Vətən yolunda qoyan Qarabağ Müharibəsi Əlilləri Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Onların heç biri  öz problemi ilə başlı başına qalmır. Dövlətin müəyyən etdiyi imtiyazlar hər bir ünvana dəqiqliyi ilə çatdırılır. Yeni iş yerləri açılarkən işləmək imkanı olan əlillər ilk növbədə nəzərə alınır. Vaxtarışı onlara yardım edilir. Əl işlərindən, yaradıcılıq  nümunələrindən ibarət satış sərgilər təşkil olunur. Məqsəd odur ki, əlillər sosial həyatın, cəmiyyətin  fəal üzvü olsunlar. Heç kim tənhalıqda qalmasın.
       Millət Vəkili Novruz Aslanov çıxışında qeytd etdi ki,  əlillərin sosial həyatının daha təminatlı olması üçün Azərbaycan dövləti hər şeyi edir. Bu günlərdə 2017-ci il üçün təklif olunan büdcənin Milli Məclisdə müzakirəsi zamanı bir daha aydın olur ki, büdcəmiz sosial yönümlüdür.İqtisadi böhranların, maliyyə cətinliklərinin dünyada yaşandığı bir zamanda növbəti ildə pensiyaların artımı gözlənilir.
        Daha sonra Qarabağ Müharibəsi Əilləri Veteranları və Şəhid Ailələri  İctimai Birliyi rayon  filialının sədri Vidadi Zərbiyev,rayon veteranlar şurasının sədri Əlaləm Babayev, Qarabağ müharibəsi əlili Ravid Pənahov, Ailə və Uşaqlara dəstək mərkəzinin  direktoru Lətifə Əliyeva, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Kamran Muradov, Əlil Sahibkarlar Təşkilatı rayon  filalının sədri Rahim Səmədov və başqaları  çıxış etdilər.
       Qarabağ müharibəsi əlilləri  arasında təşkilatçılığı ilə rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə  keçirilən nərd yarışının  qaliblərinə diplom,medal və qiymətli hədiyyələr təqdim olundu.
     2 saylı şəhər uşaq bağçasında tərbiyə  olan körpələr şən rəqslər nümayiş etdirdilər.
     Famil Əhmədovun diqqətəlayiq aparıcılığı və “Niyal” insturumental ansamblının təqdim etdiyi mahnılar iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.

Keçidlər