Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Qadınların hüquq mədəniyyətinin formalaşması və inkişafı” mövzusunda seminar keçirilib

03 dekabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyi (İB) tərəfindən İsmayıllıda “Qadınların hüquq mədəniyyətinin formalaşması və inkişafı” mövzusunda maarifləndirici seminar təşkil olunub.
“Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği” layihəsi çərçivəsində təşkil olunan tədbirdə əvvəlcə şəhərin mərkəzi meydanına toplaşan gənclər “Hüquq mədəniyyətimiz” adlı flaşmob keçirib.
Heydər Əliyev Mərkəzində keçirilən seminarı rayon icra hakimiyyətinin müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açaraq tədbirin əhəmiyyətindən, hüquq mədəniyyətinin insanlar və cəmiyyət üçün vacibliyindən danışıb.
Seminarda çıxış edən İB-nin sədri Fidan Maqsudova hüquq mədəniyyətinin insanlar üçün nə qədər önəmli olduğunu qeyd edib.
Vurğulanıb ki, qanunvericilikdə öz əksini tapan məsələlər nə qədər məntiqli və əsaslı olsa da, bəzən praktikada tətbiq olunmur və hiss edilmədən dondurulur. Əlbəttə, vətəndaşlar elementar səviyyədə hüquqi biliklərə malik olmalıdırlar ki, bu biliklər əsasında onlarda hüquqi mədəniyyət formalaşsın.
Seminarda təlimçi ekspertlər Lalə Ziyadqızı və Elman Günəşov iştirakçıları mövzu ilə bağlı dolğun məlumatlandıraraq onların suallarını cavablandırıblar.

 

Keçidlər