Gənclər ümummilli lider Heydər Əliyevin anım gününü qeyd ediblər.
XX əsrin görkəmli dövlət və siyasi xadimlərindən biri, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü bütün Respublikada geniş şəkildə qeyd olunur. Ardıcıl tədbirlər İsmayıllıda da reallaşdırılır.
Noyabrın 7-də rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Peşə Tədris Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən dəyirmi masada məktəbin müəllim və şagirdləri, rayon ağsaqqalları , gənclər, bir qrup ziyalı iştirak edib.
Anım gününə həsr olunmuş tədbiri giriş sözü ilə PTM-nin direktoru Zaur Muradov açıb, ümummilli liderin tarixi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı olduğunu diqqətə çatdırıb.
Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov , tarix müəllimi Ramiz Baloğlanov, ağsaqqallardan İnqilab Həsənov, Niyaz Ağayev, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov,məktəbin şagirdi Songül Şərifova çıxışlarında qeyd ediblər ki, Azərbaycan xalqının son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Diqqətə çatdırılıb ki, bu dahi şəxsiyyət bütün mənalı ömrünü öz Vətəninin, xalqının yüksəlişi və inkişafına sərf edib. Xalqımızın siyasi lideri olaraq Heydər Əliyev Azərbaycanı və “azərbaycanlı” sözünü bütün dünyaya tanıdıb. Heydər Əliyevin heç bir tarixi şəxsiyyətlə müqayisə olunmaz,bənzərsiz, özünəməxsus, dünya siyasətində öz dəsti-xətti olan tarixi bir şəxsiyyət olduğu söylənilib.
Sonda gənclərin sualları cavablandırılıb.