Şriftin ölçüsü :

Saytın rəngi :

Mini futbol yarışı

11 may 2013 | 15:00

10 may 2013-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə gənclər arasında mini futbol üzrə rayon birinciliyi keçirmişdir. Birincilikdə 8 komandada 90 nəfərdən çox gənc mübarizə aparmışdır. Gərgin və maraqlı mübarizədən sonra rayonun “Qarabağ” komandası birinci yerə çıxmışdır. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər