Şriftin ölçüsü :

Saytın rəngi :

"Nümayəndə günü" keçirilmişdir

08 dekabr 2016 | 16:00

07 dekabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində növbəti "Nümayəndə günü" keçirilmişdir.      RİH başçısı aparatının Əİ və YÖİO ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamladıqdan sonra İƏD üzrə nümayəndələrin və müavinlərin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tapşırdı.
      Gündəlikdə duran birinci məsələ ilə əlaqədar Rüstəm Səmədov cıxış edərək  İƏD üzrə nümayəndəliklərin 2016-cı ildə gördükləri işlərə dair hesabayların hazırlanması və 2017-ci ilin birinci yarım ili üçün  iş planlarının tərtibi və razılaşdırılması barədə geniş danışaraq müvafiq tapşırıqlarını verdi.
             Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar R.Səmədov sözü İsmayıllı rayon Vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat şöbəsinin müdir əvəzi Könül Məmmədovaya verdi. K.Məmmədova iclas iştirakcılarını salamlayaraq İƏD süzrə nümayəndəliklərdə vətəndaş vəziyyəti aktlarının qeydiyyatına dair Təlimatların icrası vəziyyətində olan nöqsanlardan geniş danışaraq yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində öz tövsiyyələrini verdi.
Gündəlikdə olan digər məsələ, İƏD üzrə nümayəndəliklərdə rəsmi elektron yazışmaların gov.az domeni ilə aparılması haqqında İnformasiya təminatı və təhlil sektorunun müdiri Azər Bədəlov məlumat verdi. Azər Bədəlov nümayəndəliklərin adına  gov.az domeni ilə açılmış elektron poçt ünvanlarını paylamış, və istifadə qaydalarını izah etmişdir.
      R.Səmədov cari məsələlər barədə danışaraq İƏD üzrə nümayəndəliklərin ərazisində fındıq bağlarının salınmasında işlərin daha da gücləndirilməsini, təsərrüfatbaşına uçot kitablarının dəqiq işlənilməsi, Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq İƏD üzrə nümayəndələ tədbirlər planına uyğun olaraq anım tədbirlərinin yüksək səviyyədə keçirilməsi barədə tapşırığını verdi.
      Sonda yığıncaq iştirakcılarını  maraqlandıran  suallara cavablar verildi.

 

Keçidlər